Ankara və Vaşinqton F-35 qırıcılarının tədarükü ilə bağlı yanvarın sonu - fevralın əvvəlində danışıqlar aparacaq.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“F-35-ə gəlincə, soruşduq ki, biz bu qədər töhfə verdik, bunu necə kompensasiya edəcəyik? ABŞ tərəfi bizi anladığını bildirdi. Yanvarın sonu - fevralın əvvəllərində görüş barədə raılaşdıq. Nümayəndə heyətimiz ora yollanacaq. Türkiyəyə göndərilməli olan 6 ədəd F-35 anqardadır. Onların aqibətinin necə olacağını müzakirə edəcəyik”, - deyə nazir Türkiyənin “Milliyet” qəzetinə açıqlamısında qeyd edib.
O, həmçinin F-16 qırıcıları üzrə tərəflər arasındakı danışıqların da uğurla getdiyini əlavə edib.