Türkiyə Suriyanın İdlib bölgəsində təhdid təşkil edən bütün hədəfləri vuracaq

Türkiyə Suriyanın İdlib bölgəsində təhdid təşkil edən bütün hədəfləri vuracaq

"Türkiyə Suriyanın İdlib bölgəsində təhdid təşkil edən bütün hədəfləri vuracaq”.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bBunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında deyib.

Feridun Sinirlioğlu Suriyada rejimin "terrorla mübarizə" bəhanəsi ilə hava və qurudan hücumlarını davam etdirdiyini və faciəli humanitar vəziyyətin narahatlıq səviyyəsinə çatdığını qeyd edib.

Sinirlioğlu son 2 ayda təxminən bir milyon insanın didərgin düşdüyünə və ən böyük kütləvi köçün Suriyadakı 9 illik müharibədə yaşandığına diqqət çəkib.

"Dəməşqdəki soyqırım tərəfdarı rejim 2019-cu ilin dekabr ayından bəridir 2 mindən çox insanın ölümünə səbəb oldu və bu hərəkətlər müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər təşkil edir" deyə Sinirlioğlu qeyd edib.

İdlibdəki düşərgələrin kifayətli olmadığını və təcili olaraq yeni düşərgələr qurulmasına ehtiyac duyulduğunu vurğulayan Sinirlioğlu bu ehtiyacların ödənilməsi üçün Türkiyənin BMT və Almaniya ilə işlədiyini və 9 milyondan çox suriyalıya köməklik göstərildiyini bildirib.

Rejimin İdlibdəki Türkiyə qüvvələrinə qəsdən hücumlarını davam etdirdiyini söyləyən Feridun Sinirlioğlu Türkiyənin daha 5 əsgərinin şəhid olduğu hücumlara qanuni müdafiə hüququ çərçivəsində dərhal cavab verdiyini xatırladıb.

Sinirlioğlu "Türkiyə İdlibdə təhdid təşkil edən bütün hədəfləri vuracaq. Əsgərimizi geri çəkməyəcəyik. Türkiyə müşahidə məntələrindən geri çəkilməyəcək. Ayın axırınadək mövcud mövqelərindən çəkilməsi lazım olan rejimdir" ifadələrini işlədib.

Xəbəri paylaş

VİDEOLAR