Türkiyə Prezident Aparatının Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Səudiyyə Məhkəməsinin Kaşıkçı ilə bağlı qərarını pisləyib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatının Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Səudiyyə Ərəbistanı məhkəməsinin jurnalist Camal Kaşıkçı cinayəti barəsindəki qərarının bütün insanların ağlı ilə lağ etmək mənası daşıdığını söyləyib.
Altun şəxsi “twitter” hesabında bildirib ki, məhkəmənin Kaşıkçı cinayəti barəsində aylarla davam edən gizli iclaslarından sonra dekabrın 23-də qalmaqallı bir qərar qəbul edib. Cinayət şəbəkəsini xüsusi təyyarə ilə İstanbula göndərən, Kaşıkçının ölüm fərmanını imzalayan, qurbanın cəsədini yox edən və bu cinayəti ört-basdır etməyə cəhd göstərən şəxslərə toxunulmazlıq tanıyıb. Bu cinayəti üç-beş nəfər kəşfiyyatçının işlədiyini iddia etmək ən sadə ifadə ilə bütün dünyanın ağlı ilə lağ etməkdir. Türkiyə bu hadisəni işıqlandırmaq üçün cəhdlərini davam etdirəcəkdir. Altun sosial şəbəkə səhifəsində yazır:
Bir çox sual cavabsız qalır!
Kaşıkçının vəhşicəsinə öldürülməsini kim əmr etdi?
Kim edam etdi?
Ona nə etdilər?
Bədəni haradadır?
Səudiyyə məhkəməsi tərəfindən kim edama məhkum edildi?
Bunun bir daha baş verməyəcəyinə zəmanət nədir?
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
Türkiyə hüquq-mühafizə orqanlarının apardığı axtarışlara baxmayaraq, jurnalistin meyiti və ya meytinin qalıqları tapılmayıb.
Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı 5 nəfərə ölüm cəzası kəsib, prokuror bildirib.
Hökumətin tanınmış tənqidçisi olan Kaşıkçı, Səudiyyə xəfiyyələrinin bir qrupu tərəfindən Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ötən il qətlə yetirilmişdi.
Səudiyyə prokuroru adları açıqlanmayan 11 nəfərin məhkəməyə cəlb olunduğunu bildirərək, bunun "icazəsiz əməliyyat" olduğunu deyib.
Bundan əvvəl isə, BMT mütəxəssisi Kaşıkçının İstanbulda qətlini "sanksiyasız edam" kimi qiymətləndirib.
BMT-nin xüsusi məruzəçisi Agnes Callamard qətllə bağlı vəliəhd Məhəmməd ibn Salmanın araşdırılmasına çağırıb.
Məhəmməd ibn Salman işə hər hansı aidiyyəti olmadığını deyib, lakin oktyabr ayında o, Səudiyyə lideri kimi tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Many questions remain unanswered!
— Fahrettin Altun (@fahrettinaltun) December 24, 2019
Who ordered the brutal murder of Khashoggi?
Who executed it?
What did they do to him?
Where is his body?
Who was sentenced to death by the Saudi court?
What is the guarantee that this will not happen again?