Türkiyə səfirliyi Ermənistana humanitar yardımla bağlı açıqlama yaydı

Türkiyə səfirliyi Ermənistana humanitar yardımla bağlı açıqlama yaydı

Azərbaycandakı Türkiyə səfirliyi Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Rasthaber-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə diplomatik korpusdan bildirilib.

Xəbəri paylaş

VİDEOLAR