Türkiyə, Rusiya və İranın Astana sammitinin keçirilməsinə hazırlıq gedir

Türkiyə, Rusiya və İranın Astana sammitinin keçirilməsinə hazırlıq gedir

Türkiyə, Rusiya və İran “Astana üçlü”yünün Suriya üzrə sammitinin keçirilməsinə dair məsləhətləşmələr aparır.

Rasthaber Azərbaycan-ın “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

İran XİN rəsmisi deyib ki, dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar görüşlərin keçirilməsində fasilə yaranıb. A. Musəvi dünyada koronavirusla bağlı durumun normallaşmasından sonra üç ölkənin prezidentinin iştirakı ilə Tehran sammitinin keçiriləcəyinə ümid etdiyini söyləyib: “İran üzbəüz görüşün keçirilməsinin tərəfdarıdır. Əgər koronavirusla bağlı durumun normallaşması prosesi uzanarsa, onlayn-konfrans da keçirilə bilər”.

Xəbəri paylaş

VİDEOLAR