“Bu günlərdə Moskvada Rusiya, İran və Suriyadan olan həmkarlarımızla dörtərəfli müzakirə keçirdik”.
Az.rasthaber.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.
“Bizim istəklərimiz qeyri-leqal deyil. Biz Moskvada bütün qonşularımızın suverenliyinə hörmət etdiyimizi bildirdik. Həmçinin dedik ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir. Yəni daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur”.