Ərdoğan ABŞ-a cavabında deyib
Rasthaber xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a xatırladıb ki, Ankara Rusiyadan aldığı S-400 ZRS-lərdən imtina etmək niyyətində deyil.
“ABŞ qarşısındakının kim olduğunu bilmir. Siz S-400-ləri Rusiyaya geri qaytarmağımızı dediniz. Biz qəbilə dövləti deyilik, biz Türkiyəyik“, – deyə o bildirib.
Ərdoğan ABŞ-a “gecikməməyi və Ankaraya qarşı sanksiyaları tətbiq etməyi” təklif edib.
O xatırladıb ki, Türkiyə “F-35-lərin ödənişini etsə də, ABŞ hələ də onları tədarük etməyib”.