Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz açıqlama verib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli nazir “Qara dəniz qazınının istifadəsinə başlanır” başlıağı ilə paylaşdığı videoçarxda bildirib:
“2023-cü ilin ilk rübündə Qara dəniz qazını vətəndaşlara çatdırmağı pılanlaşdırırıq. Lakin Sakarya Qaz Sahəsinə bitişik yeni bir sahədə kəşfiyyat qazma işlərinə hazırlaşırıq. Cari ildə də xalqımızla yaxşı xəbərlər paylaşacağımıza inanıram”.
Xatırladaq ki, “Fatih” kəşfiyyat qazma gəmisi keçən il Qara dənizdə cəmi 540 milyard kubmetr təbii qaz aşkar edib.