Türkiyə prezidenti İran Qızıl Aypara Cəmiyyətinə "Üstün fədakarlıq ordeni"ni təqdim edib

Türkiyə prezidenti İran Qızıl Aypara Cəmiyyətinə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndə Fədakarlıq ordenini təqdim edib.

Az.rasthaber.com xəbər verir ki, Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Dövlət Üstün Fədakarlıq Medalı mükafat mərasimində, İranın Kahramanmaraş zəlzələsində göstərdiyi dəstəyə görə İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kolivəndə və İranın Ankaradakı səfiri Məhəmməd Ferazmendə “Üstün Fədakarlıq ordeni” təqdim edilib. 

Ərdoğan zəlzələ bölgəsində çalışan xarici ölkə personalına təşəkkür edərək, “Sizin fövqəlbəşəri səylərinizi unutmayacağıq”, - deyə əlavə edib.

Qeyd edək ki, Kahramanmaraş zəlzələsindən sonra İran Qızıl Aypara və Ordusu axtarış-xilasetmə qrupu ilə birlikdə dərman, çadır və səhra xəstəxanaları göndərib.

Xəbəri paylaş

VİDEOLAR