Türkiyə prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığı olub

Türkiyə prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Paşinyan Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Ərdoğan Qurban bayramının bölgə başda olmaqla, bütün bəşəriyyətə sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıb.

İkitərəfli münasibətlərin də müzakirə olunduğu telefon söhbətində Ərdoğan Türkiyə ilə Ermənistan arasında tam normallaşma məqsədi ilə başlanan prosesdə indiyədək etimad yaradan addımların atıldığını və bunun qarşıdakı dövrdə də davam etməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR