Türkiyə Prezident Aparatı mətbuat xidmətinin rəhbərindən koronavirus açıqlaması

Türkiyə Prezident Aparatı mətbuat xidmətinin rəhbərindən koronavirus açıqlaması

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Türkiyədə yeni koronavirus epidemiyasının aşkarlandığına dair iddiaları təkzib edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi  Fəxrəddin Altun Türkiyədə yeni koronavirus epidemiyasının aşkarlandığına dair iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Mətbuat Xidmətindən yayılan açıqlamada Çin Xalq Cümhuriyyətində ortaya çıxan Kovid-19 (Yeni növ koronavirus) epidemiyası ilə əlaqədar Türkiyə Cümhuriyyəti Dövlətinin başda Səhiyyə Nazirliyi olmaqla müvafiq qurum və təşkilatları ilə lazım gələn bütün tədbirlərin görüldüyü vurğulanıb.

Epidemiyanın ölkə sərhədləri daxilində yoluxmasının qarşısının alınması üçün vacib olan fəaliyyətlər və tədbirlərin həssas şəkildə davam etdirildiyi bildirilən açıqlamada qeyd olunub ki, əldə edilən ən aktual məlumatlara görə ölkəmizdə hər hansı yeni koronavirusa yoluxma halı qeydə alınmamışdır. Mövzuyla bağlı bir sıra sosial şəbəkə saytlarında yer alan Türkiyədə yeni koronavirus epidemiyası yoluxmasının aşkarlandığına dair iddialar həqiqəti əks etdirmir. Media quruluşlarımızın, media mənsublarımızın və bütün vətəndaşlarımızın Səhiyyə Nazirliyimiz başda olmaqla rəsmi qaynaqları diqqətdə saxlamaları, bundan başqa mövzu ilə əlaqəli yayılan açıqlamalara yaxud irəli sürülən iddialara etibar etməmələri əhəmiyyət daşıyır.

Xəbəri paylaş

VİDEOLAR