Türkiyə Parlamentinin spikeri Fələstin xalqına başsağlığı verib

Türkiyə Parlamentinin spikeri Fələstin xalqına başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qəzza zolağının şimalında yerləşən ''Cəbəliyə'' qaçqın düşərgəsində baş verən yanğında həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayımlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, rəsmi internet səhifəsində paylaşım edən  Mustafa Şentop deyib: “Qəzza zolağının şimalında yerləşən ''Cəbəliyə'' qaçqın düşərgəsində baş verən yanğında həyatını itirən övladlarımıza və qardaşlarımıza rəhmət, ailələrinə səbir, xəsarət alanlara şəfa diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm''.

Qeyd edək ki, Qəzza zolağının şimalında yerləşən ''Cəbəliyə'' qaçqın düşərgəsində baş verən yanğında 21 nəfər həyatını itirmişdi.
Fələstin dövlət başçısı Mahmud Abbas hadisədən sonra ölkədə milli matəm elan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR