Türkiyə Pakistanda baş verən terror aktını pisləyib

Türkiyə Pakistanda baş verən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın şimalında, Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində törədilən terror hücumunu kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Pakistanın Xayber-Paxtunxva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı həyata keçirilən kamikadze hücumu nəticəsində 9 əsgərin həlak olduğunu, 5 əsgərin isə yaralandığını böyük kədərlə öyrəndik.

Türkiyə olaraq terrorla mübarizədə qardaş Pakistanın yanında olduğumuzu təkrar edirik. Ölənlərə Allahdan rəhmət, dost və qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə onların yaxınlarına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”.

Xəbəri paylaş

VİDEOLAR