Türkiyə Ordusu anti-terror əməliyyatlarında hərbiçisini itirib

Türkiyə Ordusu anti-terror əməliyyatlarında hərbiçisini itirib

Bölgәdә terrorçulara qarşı әmәliyyatlar davam etdirilir.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyәnin Siirt şәhәrindә ‘‘Eren-6’’ әmәliyyatının keçirildiyi bölgәdә tәhlükәsizlik qüvvәlәri ilә separatçı terror tәşkilatı PKK terrorçuları arasında baş verәn qarşıdurma zamanı ağır yaralanan bir hәrbçi yerlәşdirildiyi xәstәxanada şәhid olub.

Valilikdәn verilәn mәlumata görә, Siirtdә separatçı terror tәşkilatı PKK-ya qarşı ‘‘Eren-6 Jandarm Celal Özcan’’ әmәliyyatı hәyata keçirilib.

Tәhlükәsizlik qüvvәlәri ilә terrorçular arasında baş verәn qarşıdurma zamanı bir hәrbçinin ağır yaralandığı bildirilib.

Yaralanan әsgәr yerlәşdirildiyi xәstәxanada edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olub.

Bölgәdә terrorçulara qarşı әmәliyyatlar davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR