12.02.2020 15:01:52
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu haqda bildirib
“Yaxın zamanlarda İdliblə bağlı Türkiyə nümayəndə heyəti Moskvaya səfər edəcək”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Albaniyada səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd deyib ki, Türkiyə Rusiya ilə birlikdə regionda atəşkəsin ən qısa zamanda təmin olunmasına çalışır.