Türkiyə: Netanyahu soyqırıma görə məsuliyyət daşıyır

Türkiyə: Netanyahu soyqırıma görə məsuliyyət daşıyır

İsrail baş naziri Binyamin Netanyahu Qəzza sektorunun dinc əhalisinə qarşı soyqırımın məsuliyyətini daşıyır.

Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Fələstin xalqına qarşı törədilən bu qətliamın təqsirkarı olan Netanyahu hakimiyyətdə qala bilmək üçün ölüm və terrora səbəb olmağa davam edir.

Türkiyəli nazir qeyd edib ki, Netanyahu atəşkəsə yönəlmiş bütün cəhdləri sabotaj edir.

Hakan Fidan deyib ki, münaqişə İordan çayının Qərb sahilinə də siraət edib və buradakı vəziyyət Qüds şəhərindəki Məscidül-Əqsaya qarşı törədilən təxribatların fonunda daha da pisləşir.

O, İsraildə Netanyahunun siyasətinə və onun hakimiyyətinə qarşı etirazların da genişləndiyi vurğulayıb.

“Beynəlxalq ictimaiyyət Netanyahunu durdurmalıdır. (Fələstinlilərə qarşı) törədilən qırğının fonundakı sükut bu cinayətdə əlbir olmağa bərabərdir”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR