Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə qaldırıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 %-ə qaldırıb

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Az.Rasthaber.com quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il fevralın 23-də keçirilmiş iclasında 9 %-dən 8,5 %-ə endirilmişdi. Bugünki faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfə baş tutur.

“İnflyasiya proqnozunda əhəmiyyətli yaxşılaşma əldə olunana qədər, lazım olduqca və lazımi ölçüdə pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək", - deyə TMB bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR