Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısından sonra bəyanat yayılıb

Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısından sonra bəyanat yayılıb

Az.Rasthaber.com xəbər verir ki, iyunun 8-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən MTŞ toplantısından sonra bəyanat yayılıb.

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkiyənin yeni əsrinin başlanğıcını qoyan yeni dövrdə (2023) ölkənin təhlükəsizliyini, əmin-amanlığını və rifahını təmin etmək üçün eyni qətiyyətlə addımların atılacağını bildirib.

İyunun 8-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən MTŞ toplantısından sonra bəyanat yayılıb.

Bəyanatda PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları başda olmaqla milli birlik və bərabərlik ilə davamlılığa qarşı hər cür təhdid və təhlükəyə qarşı ölkə daxilində və xaricdə əzm, qərarlı olmaq və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar barədə  Şuraya məlumat verildiyi vurğulanıb.

Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, daimi sülh və sabitliyin bərqərar olmasının terror təşkilatlarından təmizlənərək mümkün olacağına işarə edilən bəyanatda Kosovoda artan gərginliyin daha da dərinləşməsinin isə bölgədə həssas tənliyi poza biləcək böhrana imkan verilməməsi üçün dialoq və məsləhətləşmə prosesləri davam edərkən, Türkiyenin bölgəyə verdiyi dəstəyin əhəmiyyətinə işarə edilib.

Toplantıda Rusiya-Ukrayna müharibəsinin region üçün riskləri artıran təsirlərinə toxunulduğu bildirilən bəyanatda Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq vurğulanıb.

Bəyanatda həmçinin əlavə olunub ki, Sudanda münaqişə tərəfləri yaxın zamanda daimi atəşkəs elan etməyə, keçid prosesinin qazanclarını qorumaq və məsələlərin sülh yolu ilə həll edilməsinə çağrılıb. Ayrıca Türkiye sülh və sabitliyə nail olmaq üçün bütün səylərini davam etdirəcək və indiyə qədər olduğu kimi hər cür dəstəyi verməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR