Türkiyə liqası ləğv olundu

Türkiyə liqası ləğv olundu

Türkiyə Basketbol Federasiyası (TBF) koronavirus səbəbindən bütün liqaları ləğv edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə TBF prezidenti Hidayət Türkoğlu məlumat verib. 

O, heç bir komandanı çempion elan etməyəcəklərini açılayıb. Türkoğlu komandaların aşağı dəstəyə düşməyəcəyini və yuxarı liqaya çıxmayacaqlarını da vurğulayıb.   

Qeyd edək ki, Türkiyədə daha öncə voleybol liqaları da ləğv edilib. 

Xəbəri paylaş

VİDEOLAR