İsrail: Hizbullahın PUA-larına qarşı işimiz çətindir

İsrail: Hizbullahın PUA-larına qarşı işimiz çətindir

Livan Hizbullahının ötən bazar günü “Ərbəin Günü” əməliyyatı sionist rejimdəki analitiklərin və müşahidəçilərin zehnini özünə məşğul etməkdə davam edir.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah və sionist rejim arasında qeyri-bərabər müharibəyə və Vaşinqtonun Təl-Əvivə hərtərəfli dəstəyinə baxmayaraq, Hizbullahın aşınma müharibəsi sionistlərə ölümcül zərbə vurub, İslam müqavimətinin avqustun 25-də “Ərbəin Günü” əməliyyatı sionist dairələri özünə məşğul etməkdə davam edir.

“Rəy Əl-Youm”-un bildirdiyinə görə, sionist rejimin “Yant” informasiya agentliyinin hərbi analitiki Yoaf Zeytun həmin günlə bağlı yeni təfərrüatlarını açıqlayaraq deyib: “İsrail ötən bazar günü Hizbullahın hücumu zamanı Nahariyyədə Debora gəmisində dəniz piyadası David Muşenin öldürülməsini araşdırır. İsrail gələcəyə hazırlaşır və 2006-cı il müharibəsindən bəri Hizbullahın İsrailin müdafiə sisteminin izləyici raketlərini boşaltmaq məqsədilə həyata keçirdiyi ən böyük raket hücumundan öyrənir.

Analtik qeyd edib ki, hücum Fələstin vaxtı ilə səhər saat 4:37-də başladı və təxminən iki saat yarım davam etdi. Hizbullah Gillot da daxil olmaqla, konkret hədəflərə 250 raket və pilotsuz uçuş aparatı buraxdı. Hizbullah təxminən 30-40 kiçik və iri raket atdı. Hücumlar dəqiq idi və sonra bir anda intiharçı dronları işə saldı. Problem ondadır ki, pilotsuz təyyarələr Livanın cənubunda alçaq hündürlüklərdən qalxır və bu da dağlıq maneələr səbəbindən İsrail ordusunun işini çətinləşdirir, radarların dronları aşkarlamasına imkan vermir.

Xəbəri paylaş

VİDEOLAR