Ölkənin Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat verib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu gündən Türkiyədə yoluxma hallarınına artması səbəbi ilə insanların çox olduğu küçələrdə və ictimai nəqliyyat dayanacaqlarında siqaret çəkmək qadağan edilib.
Bu barədə Türkiyə DİN məlumat verib.
“Əvvəlki göstərişə əsasən, yaşayış evlərindən başqa, bütün ictimai yerlərdə vətəndaşlar istisnasız olaraq maska taxmalıdırlar. Lakin bu cür yerlərdə siqaret çəkərkən bəzi insanlar maskalarını çıxarırlar, aşağı salırlaq, ondan düzgün istifadə etmirlər. Bununla bağlı olaraq 12 noyabrdan bütün əyalətlərdə insanların çox olduğu küçələrdə və ictimai nəqliyyat dayanacaqlarında siqaret çəkmək qadağan edilir”, - deyə qeyd edilib.
Bildirilir ki, “tənəffüs vasitəsi ilə asanlıqla ötürülə bilən koronavirusun yayılmasının qarşısını almaq üçün maskadan istifadənin arasıkəsilməzliyini təmin etmək olduqca mühümdür”.