Türkiyə koronavirusla mübarizə üçün İrana yardım göndərdi

Türkiyə koronavirusla mübarizə üçün İrana yardım göndərdi

Türkiyənin Tehrandakı səfirliyi koronavirusla mübarizə məqsədilə Türkiyədən İrana tibbi ləvazimatın göndərildiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfirliyi dünən öz tvitter hesabında COVID-19-la mübarizə məqsədilə Türkiyənin səhiyyə nazirinin İranın Ankaradakı səfiri ilə müqaivləsinə toxunub.

Səfir bildirib ki, bu müqaviləyə əsasən, sınaq şüşəsi, maska, eynək və önlükdən ibarət olan müəyyən miqdarda tibbi ləvazimat İran İslam Respublikasına göndərilib.

İran İslam Respublikasının Çindəki səfiri Muhəmməd Keşavərzizadə də Çin xalqından İran xalqına 15 tondan çox səhiyyə yardımının göndərilməsini bildirib.

Bundan öncə də BƏƏ, Özbəkistan, Almaniya, Fransa, İngiltərə, Yaponiya, Qətər, Azərbaycan Respublikası və Rusiya, habelə Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF koronavirusla mübarizə üçün İrana humanitar yardımlar göndəriblər.

Xəbəri paylaş

VİDEOLAR