Türkiyə Körfəz ölkələri ilə münasibətlərinin normallaşmasını istəyir

Türkiyə Körfəz ölkələri ilə münasibətlərinin normallaşmasını istəyir

“Türkiyə Körfəz ölkələri ilə mövcud problemlərin aradan qaldırılması üçün danışıqlar aparır”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir ilə artıq dialoq prosesi gedir.

"Bizim istəyimiz Səudiyyə Ərəbistanı ilə əlaqələrimizi keçmiş günlərə, daha da yaxşı günlərə qaytarmaq və yaxşılaşdırmaqdır. Önümüzdəki dövrdə müsbət irəliləyişlərin olacağına inanıram", - deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR