Rəsmi Ankara İsrail hərbi təyyarələrinin Qəzza sektoruna endirdiyi zərbələri qətiyyətlə pisləyib.
Az.rasthaber.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat kaibi İbrahim Kalın bəyan edib.
Kalın İsrail tərəfinin Qəzzaya qarşı hərəkətlərini “qeyri-qanuni” və “əxlaqdan kənar” adlandırıb.
O bildirib ki, İsrail tərəfi artıq günlərdir ki, qəsdli şəkildə zorakılıq siyasətini tətbiq etməkdədir.
“(Bu zorakılıq siyasətinə) son qoyulmalıdır. Biz Fələstin xalqını dəstəkləyirik“, – deyə o əlavə edib.
Türkiyənin Fələstinə dəstəyini davam etdirəcəyini deyən türkiyəli rəsmi “bu zülmə gec-tez son qoyulacağını” vurğulayıb.
Xatırladaq ki, İsrail tərəfinin Qüds şəhərindəki əl-Əqsa məscidi ərazisindəki təxribatlarından sonra bölgədə gərginlik artıb. İsrail Qəzza sektorunu bombalayır.