Türkiyə İsrailin iddiasını yalanladı

Türkiyə İsrailin iddiasını yalanladı

Türkiyə Xarici İşlər nazirliyinin ingiliscə Twitter hesabı İsrailə cavab verib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Xarici İşlər nazirliyinin ingiliscə Twitter hesabından edilən paylaşımda, beynəlxalq ictimaiyyətinin əksəriyyətinin, HƏMAS-ı bir terror qruplaşması deyil, 2006-cı ildə Qəzzada seçkiləri qazanmış bir həqiqət olaraq gördüyü bildirilib.

Bu açıqlama İsrail tərəfinin HƏMAS rəsmilərinin Türkiyə səfərinə etirazına bir cavab olaraq verilib.

BMT-nin HƏMAS-ı keçən il terror qruplaşması olaraq qəbul etməyi rədd etdiyini xatırladan paylaşımda, Türkiyə daxil bir çox ölkələrin HƏMAS ilə fərqli istiqamətlərdə əlaqə yaratdıqlarını, Türkiyə torpaqlarının işğal torpaqlarına və ya başqa bir ölkəyə qarşı hər hansı bir addım üçün istifadə edilməsi iddiası rədd edilib.

Sionist rejimin BMT təmsilçisi Dore Gold, İngiltərənin Telegraph qəzetində yazdığı məqalədə, Türkiyənin HƏMAS ilə əlaqələri haqqında ağır təhdid və tənqidlər önə çəkmişdi.

Xəbəri paylaş

VİDEOLAR