Türkiyə İsrail və Fələstinə tibbi ləvazimat göndərəcək - İbrahim Kalın

Türkiyə İsrail və Fələstinə tibbi ləvazimat göndərəcək - İbrahim Kalın

Türkiyә İsrailә vә Fәlәstinә tibbi lәvazimat göndәrәcәk.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barәdә özәl televiziya kanallarının birinә müsahibә verәn Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın bildirib. İbrahim Kalın qeyd edib ki, İsrail bir müddәt әvvәl yeni növ koronavirusla mübarizә çәrçivәsindә Türkiyәdәn tibbi lәvazimat istәdiyini bildirib.

Bu günlәrdә tibbi lәvazimatın hazırlanacağını bildirәn Ibrahim Kalın İsrail ilә birlikdә Fәlәstinә dә tibbi materialın göndәrilәcәyini ifadә edib.

İbrahim Kalın 17 ildir sәhiyyә sahәsindә ciddi addımlar atdıqlarını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR