‘‘Pәncә-Qartal-2 әmәliyyatı separatçı terror tәşkilatı PKK-nın dırnaqarası rәhbәrlәrini tәşvişә salıb’’.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barәdә Türkiyәnin milli müdafiә naziri Hulusi Akar mәlumat verib.
Hulusi Akar fevralın 10-da başladılan ‘‘Pәncә-Qartal-2’’ әmәliyyatı ilә İraqın Qara bölgәsindә terrorçulara ağır zәrbәlәr endirildiyini vurğulayıb.
Hulusi Akar deyib: ‘‘PKK terror tәşkilatının qaçacaq bir yeri qalmayıb. Tәşkilatın dırnaqarası rәhbәrlәri bunu çox yaxşı anladılar. 4-ü dırnaqarası rәhbәr olmaqla 53 terrorçu zәrәsizlәşdirilib. Әmәliyyat PKK-nın dırnaqarası rәhbәrlәrini tәşvişә salıb. Kəşfiyyat məlumatlarından məlum olur ki, terrorçular böyük zərbə alıblar və təlaş içindədirlər. Terrorçular bundan sonra özlərini heç bir yerdə təhlükəsiz hiss etməyəcəklər’’.