Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşüb

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda işğalçı İsrailin Suriyaya hücumunu müzakirə edib.

 


Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın XİN başçısı Abbas Əraqçi və onların rusiyalı həmkarı Sergey Lavorv BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçtərəfli görüş keçirib.

Bildirilib ki, sentyabrın 28-də nazirlər Suriya üzrə Astana prosesini də müzakirə ediblər.

Tərəflər işğalçı İsrail-Fələstin münaqişəsinin Livan və Suriyadakı vəziyyətə mənfi təsirindən də danışıblar.

 

Xəbəri paylaş

VİDEOLAR