Türkiyə, İran və Rusiya Suriyanı müzakirə edəcəklər

Türkiyə, İran və Rusiya Suriyanı müzakirə edəcəklər

Astana prosesinin zamin ölkələri Türkiyə, İran və Rusiya Suriyadakı son vəziyyəti müzakirə etmək üçün 15-ci dəfə bir araya gələcək.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu gün fevralın 16-da Rusiyanın Soçi şəhərində başlayacaq və iki gün davam edəcək Suriya mövzulu yığıncaqda sahədəki və siyasi proseslə bağlı son vəziyyətin müzakirə olunması Bəşər Əsəd rejiminin barışmaz mövqeyi səbəbindən irəliləyiş əldə edə bilməyən Konstitusiya Komitəsi danışıqlarının taleyinin də ümumilikdə gündəmdə olacağı  gözlənilir.

Suriya məsələsi ilə bağlı Astana prosesinin zamini olan Türkiyə, İran və Rusiya heyətlərinin 16-17 fevral tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcəkləri iclas İsveçrənin Cenevrə şəhərində 29 yanvarda sona çatan, ancaq BMT-nin Suriya üzrə nümayəndəsi Gear, O. Pedersenin sözləri ilə, "Nəticəsi puça çıxan" Suriya Konstitusiya Komitəsinin 5-ci turunun kölgəsində keçiriləcək.

Qeyd edək ki, Komitənin son iclasında müxaliflərin konstruktiv, rejimin isə prosesin irəliləməsinə qarşı mövqeyi ön plana çıxmış, Pedersen təqdim etdiyi təklifləri müxalifətin qəbul etdiyini, ancaq rejimin rədd etdiyini bildirərək, vəziyyət dəyişməyəcəyi təqdirdə Komitə iclaslarının davam etdirilə bilməyəcəyini söyləmişdi.

Xəbəri paylaş

VİDEOLAR