Türkiyə ilk dəfə “Çox yüksək humanitar inkişaf” kateqoriyasında yer aldı

Türkiyə ilk dəfə “Çox yüksək humanitar inkişaf” kateqoriyasında yer aldı

Türkiyə Humanitar İnkişaf İndeksində 189 ölkə arasında 59-cu yeri alaraq ilk dəfə “Çox yüksək humanitar inkişaf” kateqoriyasına daxil olub

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda TRT məlumat yayıb.

Məlumatda deyilir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən 2018-ci ilin məlumatlarına əsaslanaraq hazırlanan və Huminatar İnkişaf İndeksi Bərabərsizliyə Uyğunlaşdırılmış Humanitar İnkişaf İndeksi, Cinsiliyə Əsaslı İnkişaf İndeksi, İctimai Cinsi Bərabərlik İndeksi ilə Çox Perspektivli Yoxsulluq İndeksini əhatə edən “Humanitar inkişaf hesabatı 2019” yayımlanıb.

Türkiyənin 1990-cı ildə 0.579 olaraq hesablanan indeks dəyəri, keçən il 0,806-ya çıxaraq 39,4 faiz artım qeyd edib. Beləliklə Türkiyə 189 ölkə arasında 59 yeri alıb.

Türkiyədə 1990-2018-ci illər arasında proqnozlaşdırılan ömür müddəti 13,2 il, orta hesabla təhsil müddəti 3,1 il və gözlənən təhsil müddəti 7,5 il artıb. Ölkədə adam başına ümumi milli gəlir müvafiq dövrlə müqayisədə 122,1 faiz yüksəlib.

Humanitar İnkişaf İndeksində 0,954 dəyərlə Norveç ilk yeri alıb və zirvədəki yerini qoruyub. Bu ölkəni 0,946 dəyərlə İsveçrə, 0,942 ilə İrlandiya, 0,939 ilə Almaniya və Çinin Honkonq Xüsusi İdarə Bölgəsi təqib edib.  

Xəbəri paylaş

VİDEOLAR