Türkiyə ilə Küveyt arasında «Bayraktar TB2» müqaviləsi imzalandı

Türkiyə ilə Küveyt arasında «Bayraktar TB2» müqaviləsi imzalandı

Az.Rasthaber.com xəbər verir ki, Türkiyənin “Baykar” texnologiya şirkəti ilə Küveyt arasında silahlı pilotsuz uçuş aparatı (SİHA) “Bayraktar TB2” ixracı müqavilə prosesi uğurla başa çatdı.

“Baykar”ın sosial media hesabından verilən açıqlamada bildirilir: "Milli SİHA #BayraktarTB2 ixracı üçün Küveyt dövləti ilə müqavilə prosesini uğurla başa çatdırdıq. Amerika, Avropa və Çin şirkətlərinin iştirak etdiyi rəqabət prosesinin qalibi olan milli SİHA #BayraktarTB2 2019-cu ildə səhra şəraitində 27 saat 3 dəqiqə havada qalaraq ən uzun uçuş müddəti rekordunu qırdığı Küveyt səmasında xidmət edəcək”.

Küveyt hökuməti ictimaiyyətlə əlaqələr departamenti də öz sosial media hesabından açıqlamada verərək sözügedən müqavilənin 367 milyon dollar dəyərində olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR