Türkiyə ilə İran arasında uçuşlar dayandırıldı

Türkiyə ilə İran arasında uçuşlar dayandırıldı

Mülki Aviasiya Baş İdarəsi İrana olan bütün uçuşları dayandırdığını açıqlayıb.

Rasthaber Türkiyə xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi İrana olan bütün uçuşları dayandırdığını açıqlayıb.

Bu haqda rəsmi açıqlamada deyilir ki, bütün İranla hava nəqliyyatı dayandırılıb. Karqo və çarter reysləri daxil reyslər ləğv edilib, eniş və uçuşa qəti olaraq icazə verilməyəcək.

Qərar verildikdən sonra, Tehran-İstanbul reysilə İran Hava Yollarına aid iki təyyarə, qısa müddətdən sonra geri dönüb.

Açıqlamadan sonra, yeni bir açıqlama əlavə edilərək “Türkiyə və İran arasındakı sərnişin uçuşları ikinci bir elana qədər durdurulmuş olub, İranlı sərnişin daşıyıcıların sərnişinsiz gələrək Türkiyədən İrana gedəcək sərnişinlərin daşınmasına icazə veriləcəkdir. Bu səfərlərdə Türkiyə vətəndaşları gedə bilməyəcək.”, -deyə qeyd edilib.

Türkiyə koronavirusla bağlı heç bir ölkəyə tətbiq etmədiyi qadağanı İrana qarşı həyata keçirir. Koronavirus olan ölkələrdən gələn sərnişinlər hava limanlarında sadəcə termal kameradan keçərkən, İrandan gələn Türk sərnişinlər hələ quru sərhəddində hələ qurulması tamamlanmayan səhra çadırlarında saxlanılaraq ölkəyə buraxılmır. Türkiyənin həyata keçirdiyi bu ikili standart ağıllarda müxtəlif suallar yaradır.

Xəbəri paylaş

VİDEOLAR