Türkiyə Hava Yolları beynəlxalq uçuşlarla bağlı məlumat yaydı

Türkiyə Hava Yolları beynəlxalq uçuşlarla bağlı məlumat yaydı

Türkiyə Hava Yolları (THY) 1 may tarixinə qədər bütün beynəlxalq uçuşların dayandırıldığını açıqlayıb

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, THY-nin saytında verilən məlumata görə, yeni növ korona virusunun (Covid-19) yayılmasıyla əlaqədar uçuşlarda mühüm tənzimləmələr edilib: bütün beynəlxalq uçuşlar 1 may 2020 tarixinə qədər dayandırılıb.

  Yalnız Adana, Ankara, Antalya, Diyarbakır, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Kayseri, Konya, Malatya, Samsun, Trabzon və Van daxil olmaqla 14 daxili uçuş məhdud şəkildə həyata keçiriləcək. Digər daxili uçuşlar da 1 maya qədər dayandırılıb.

  Məlumatı THY-nin baş direktoru Bilal Ekşi də “twitterdən paylaşaraq bunları qeyd edib: "Korona virusu epidemiyası tədbirləri çərçivəsində əvvəlcə 17 aprelə qədər təxirə salınan daxili və beynəlxalq uçuşlarımız 1 may tarixinə qədər yeni bir qərarla dayandırılıb."

Xəbəri paylaş

VİDEOLAR