Türkiyə fələstinli Məhəmməd Dahlanın başına 10 milyon təyin edib axtarışa verdi

Türkiyə fələstinli Məhəmməd Dahlanın başına 10 milyon təyin edib axtarışa verdi

Uzun illər Fəth təşkilatında olan Məhəmməd Dahlan Türkiyə tərəfindən axtarışa verilib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Daxili işlər nazirliyi terrordan axtarışa verilənlərin siyahısını artırıb.

Fələstində fitnə və cinayətlərə imza atan, Fəth təşkilatının keçmiş üzvü Məhəmməd Dahlanla birlikdə 4 nəfər Türkiyə DİN tərəfindən qırmızı, 3 narıncı, 2 boz olmaqla 9 qruplaşma üzvü axtarışa verilənlər siyahısına daxil edilib.

Yaxın Şərqin qaranlıq şəxslərindən sayılan Dahlanın başına 10 milyon tl mükafat da qoyulub.

Dahlan FETO, PDY silahlı terror qruplaşmaları ilə birlikdə 15 iyul çevrilişinə cəhd etmədə, konstutusiya düzənini zorla dəyişdirməyə təşəbbüs, hərbi, siyasi və s. casusluqda ittiham olunur.

Digər məlumata görə, Məhəmməd Dahlan FETO-ya maliyyə yardımı da ayırıbmış.

Onu da qeyd edək ki, Dahlan HƏMAS-ın əsas düşmənlərindən biridir. Fələstin müqaviməti onu Mossad agenti olduğunu qeyd edirlər.

Xəbəri paylaş

VİDEOLAR