Türkiyə Fələstinin daha bir şəhərində viza şöbəsi açdı

Türkiyə Fələstinin daha bir şəhərində viza şöbəsi açdı

Türkiyənin Fələstindəki Qüds Baş Konsulluğuna bağlı yeni viza xidmətləri mərkəzi Nablus şəhərində də fəaliyyətə başladı.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Fələstin Viza Xidmətləri Mərkəzinin Nablus şöbəsinin məsul işçisi Hilal Mustafa sözügedən mövzu ilə bağlı deyib:

“İşğal altındakı İordan çayının Qərb sahillərində Nablus və ətrafında yaşayan fələstinlilər üçün asanlığın təmin edilməsi niyyətilə Ramallah şəhərindən başqa, Nablusda da viza şöbəsi açdıq.

Fələstinlilər Türkiyəni çox sevir. Həm səyahət, həm də biznes qurmaq üçün Türkiyə ilə əlaqəli işləyirlər.

Türkiyəyə çox böyük məhəbbət bəsləyirlər. Yeni tip koronavirusdan (Covid-19) sonra - bu il iş və gəzinti məqsədli çox tələbat var."

Xəbəri paylaş

VİDEOLAR