Türkiyə Danimarkada Qurana hörmətsizlik edilməsini pisləyib

Türkiyə Danimarkada Qurana hörmətsizlik edilməsini pisləyib

Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün (14 aprel) Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ifadə azadlığı adı altında bu alçaq hücumlara icazə verilməsi yolverilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz nazirliyə çağırılan Danimarkanın Ankaradakı səfirinə çatdırıldı. Avropada son dövrdə artan islamofobiya,ksenofobiya və buna bənzər nifrət cinayətlərinə qarşı çoxtərəfli platformalarda təşəbbüslərimiz davam edəcək”, - məlumatda qeyd olunub.
Məlumatda həmçinin  Ramazan ayında da davam edən bu cür təxribatların qarşısının alınması üçün çəkindirici tədbirlərin görülməsi tələbinin təkrarlandığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR