Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulub

Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, ölkəsi Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayətinə qoşulur.

Az.rasthaber.com xəbər verir ki, Ərdoğan əlavə edib: Türkiyə parlamentinin hüquq qrupu Fələstin xalqına qarşı soyqırımına son qoymaq məqsədilə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə qoşulur və Türkiyə avqustun 7-də (çərşənbə günü) şikayətini bu məhkəməyə təqdim edəcək.

Türkiyə prezidenti deyib: Təəssüflər olsun ki, Qərb aktyorları, xüsusən də ABŞ İsrailin və bir ovuc sionistin əsirinə çevriliblər.

O əlavə edib: Türkiyə İsrailin (rejiminin) Qəzza zolağındakı barbarlığını dayandırmaq üçün bütün səylərini sərf edəcək.

Türkiyə prezidenti vurğulayıb: İsrailin (rejiminin) soyqırım şəbəkəsi qaniçəndir və hansı cinayətləri törətsə də, Türkiyə və türk xalqının fələstinlilərlə həmrəyliyinə mane olmayacaq.

Ərdoğan daha əvvəl sionist rejimin Qəzzəyə hücumları ilə bağlı demişdi: BMT Təhlükəsizlik Şurası normal olaraq bəşəriyyəti oyandırmalı olan bu zülm qarşısında susur.

Xəbəri paylaş

VİDEOLAR