Türkiyə buna görə Ermənistanla normallaşma addımları atmaqdadır

Türkiyə buna görə Ermənistanla normallaşma addımları atmaqdadır

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya rəsmisi Ömər Çelik Partiyasının Mərkəzi İcraiyyə Heyətinin (MKYK) növbəti iclası davam edərkən mətbuata açıqlama verib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbrə verir ki, MKYK toplantısının əsas gündəminin daxili, xarici və siyasi hadisələrlə yanaşı sosial siyasətlər olduğunu ifadə edən Ö. Çelik iclasda iqtisadiyyatla bağlı təqdimat və qiymətləndirmələrin böyük ölçüdə müzakirə edildiyini bildirib.

Ö. Çelik Türkiyə-Ermənistan münasibətləri ilə bağlı deyib:

"Bu normallaşma prosesi o şərtlə baş tuta bilər ki, Ermənistan bəyan etdiyimiz prinsiplər çərçivəsində Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətindən əl çəksin".

Partiya rəsmisi Ermənistanın qeyri-konstruktiv mövqeyinin ilk növbədə özünə zərər vurduğunu qeyd edib: “Cənab Prezidentimiz də dəfələrlə ifadə etdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilk növbədə özünə zərər verir. Ona görə də Ermənistanın həm “3+3” formatına qoşulması, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi ortaya çıxdı. Rəcəb Tayyib Ərdoğanın da ən həssas yanaşdığı məsələ Azərbaycanın bu prosesə müsbət yanaşması idi. Bu razılıq olduğu üçün artıq Türkiyə Ermənistanla normallaşma addımları atmaqdadır”.

Ö. Çelik vurğulayıb ki, bu prosesin baş tutması üçün Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünə hazırlıq gedir.

Xəbəri paylaş

VİDEOLAR