Türkiyə bir illik anti-terror fəaliyyətinin hesabatını verdi

Türkiyə bir illik anti-terror fəaliyyətinin hesabatını verdi

Terrorla mübarizədə bu il 1789 terrorçu zərərsizləşdirilib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin terrorla mübarizədə bu ilə dair açıqladığı məlumata görə, PKK/KCK terror təşkilatının sığınacaq yerlərinə istiqamətli 31-i böyük olmaqla cəmi 150 əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyatlarda 1789 terrorçu zərərsizləşdirilib, bunlardan 255-i terror təşkilatından qaçaraq özü təslim olub.

Terrorçulara məxsus 1852 silah istinadgahı, sığınacaq yeri və anbarı məhv edilib.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində işdən azad edilən personal sayı isə 3 min 559 olub.

15 iyul 2016-cı ildən indiyədək cəmi 18 min 630 personalın Türkiyə Silahlı Qüvvələrilə (TSQ) əlaqəsi kəsilib.

“Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrinə 580-dən artıq suriyalının könüllü olaraq geri qayıtmasına imkan yaradılıb.

Təhlükəsizlik qaynaqlarına görə, TSQ göstəriş verildiyi hər an Liviyaya vəzifə icra etmək üçün getməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR