Bu haqda Türkiyə Müdafiə Nazirliyi taçıqlama verib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin son bir ay ərzində separatçı terror təşkilatı PKK/YPG-yə qarşı keçirdiyi əməliyyatlar nəticəsində 286 terrorçu zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyi terrorçulara qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib.
Məlumata əsasən, Suriyada ''Sülh çeşməsi'' əməliyyatının keçirildiyi bölgədə son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində 155 terrorçu zərərsizləşdirilib. Eyni dövrdə ''Fərat qalxanı'' əməliyyatının keçirildiyi bölgədə həyata keçirilən əməliyyatlar zamanı 87 terrorçunun zərərsizləşdirildiyi bildirilib.