Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,02 mlrd. kubmetrdən çox qaz nəql edilib
Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Türkiyə Azərbaycandan 7,79 mlrd kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 mlrd. kubmetrə yaxın qaz idxal edib.
Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 12,21 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,02 mlrd. kubmetrdən çox qaz nəql edib.