Türkiyə Amerikanın səsi, Deutsche Welle və Euronews-a vaxt verdi : Lisenziya alın

Türkiyə Amerikanın səsi, Deutsche Welle və Euronews-a vaxt verdi : Lisenziya alın

2019-cu ilin avqustun 1-də “Resmi Gazete”-də dərc edilən "Radio, Televiziya və “On-demand” Yayımların İnternetdə Təqdimatı haqqında Əsasnamə" RTÜK-ə internet mühitinə nəzarət etmək səlahiyyətini verir.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Radio Televiziya Ali Şurası (RTÜK) fevralın 9-da keçirdiyi iclasda VOA (Amerikanın Səsi), Deutsche Welle və Euronews-un türk dilindəki bürolarının üç gün ərzində lisenziya üçün müraciət etməli olduqlarını, əks təqdirdə bu üç beynəlxalq media qurumunun internet yayımlarının qarşısını almaq üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirib.

2019-cu ilin avqustun 1-də “Resmi Gazete”-də dərc edilən "Radio, Televiziya və “On-demand” Yayımların İnternetdə Təqdimatı haqqında Əsasnamə" RTÜK-ə internet mühitinə nəzarət etmək səlahiyyətini verir.

RTÜK bu səlahiyyətindən ilk dəfə üç il sonra xəbər kanalları üçün istifadə etməyə qərar verib.

Bilgi Universitetinin müəllim heyətinin üzvü və İfadə Azadlığı Dərnəyinin təsisçisi Professor Yaman Akdeniz 2019-cu ilin avqust ayında RTÜK-ə radio, televiziya və “on-demand” yayımlarının internetdə təqdimatına nəzarət etmək səlahiyyətinin verildiyini və şuranın bu haqdan üç il sonra istifadə etdiyini bildirib.

Amerikanın Səsinin türk xidmətinə danışan Professor Akdeniz “Bu kontekstdə RTÜK müvəqqəti yayım hüququ və ya yayım lisenziyası olmayan və ya hüququ və ya lisenziyası ləğv edilmiş fiziki və hüquqi şəxslərin yayım xidmətlərinin bloklanmasını tələb edə bilər. Amazon, Netflix ve Spotify gibi platformalar bu qanun altında lisenziya aldılar ve RTÜK-ün qərarlarına tabe oldular. RTÜK-ün tələbi ilə Tidal müsiqi platformasına Türkiyədən çıxış da lisenziyası olmadığına görə bir müddət bağlanmışdı. İndi növbədə mətbuat orqanları var və DW ilə Amerikanın Səsi kimi təşkilatların lisenziya alması nəzərdən keçirilir,” deyib.

Professor Akdeniz həmçinin jurnalist Can Dündarın təsis etdiyi ‘‘ozguruz20.org’’ vebsaytına da çıxışın RTÜK-ün tələbi ilə 12.06.2020 tarixində Ankara 4. Sülh Cəza Məhkəməsi tərəfindən bağlandığını bildirib.

Hər iki üzv bu durumun mətbuat azadlığı ilə uyğun gəlmədiyini dilə gətirib. Okan Konuralp “RTÜK VOA, DW və Euronews-a lisenziyaya müraciət etmək üçün 72 saat vaxt verdi. Səs çoxluğu ilə verilən qərar SETA-nın 2019-cu ildə damğalamaq məqsədi daşıyan beynəlxalq KİV-lərlər bağlı hesabatının tətbiqidir. Lakin, beynəlxalq medianı sıxışdırmaq üçün atılan bu addım da uğursuzluğa məhkumdur,” deyib.

Xəbəri paylaş

VİDEOLAR