Türkiyə Hava Yolları (THY) 5 nöqtə xaric bütün xarici xətt səfərlərini dayandırıb
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türk Hava Yolları (THY) 5 nöqtə xaric bütün xarici xətt səfərlərini dayandırıb.
Yeni tip korona virusu (Covid-19) ilə əlaqədar dünya üzrə tədbirlərə hər gün bir yenisi əlavə olunur.
Türkiyədə də görülən tədbirlərlə bağlı 68 ölkəyə uçuş məhdudlaşdırması gətirilib.
Türkiyə Hava Yolları aviaşirkəti 27 martdan etibarən Nyu-York, Vaşinqton, Honq-Konq, Əddis Ababa və Moskva səfərlərindən başqa digər bütün xarici xətt səfərlərini təxirəsalma qərarı verib.