Nazirlik İraqın şimalındakı Zap vә Avaşin-Basyan bölgәlәrindә altı PKK terrorçusunun zәrәsizlәşdirildiyini bildirib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyәnin Milli Müdafiә Nazirliyi (MMN) İraqın şimalındakı Zap vә Avaşin-Basyan bölgәlәrindә altı PKK terrorçusunun zәrәsizlәşdirildiyini bildirib.
Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda qeyd olunub. Mәlumatda terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn әmәliyyatların qәtiyyәtlә davam etdirildiyi vurğulanıb.
PKK terrorçularının İraqın şimalındakı Zap vә Avaşin-Basyan bölgәlәrindә hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәsizlәşdirildiyi qeyd olunub.
Mәlumatda hәmçinin 2019-cu ilin 22 oktyabr tarixindә Soçidә әldә olunan razılaşmadan bu günәdәk ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd edәn 998 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.
Nazirlikdәn verilәn başqa mәlumatda isә iyunun 10-da tәsbit edilәn 161 kilometr uzunluğundakı 1433 tunelin mәhv edildiyi qeyd olunub.
Nazirlikdәn verilәn başqa mәlumatda isә iyunun 10-da tәsbit edilәn 161 kilometr uzunluğundakı 1433 tunelin mәhv edildiyi qeyd olunub. Mәlumatda qeyd olunub ki, İraqın şimalındakı Haftanindә keçirilәn ‘‘Pәncә-Qaplan’’ әmәkşyyatını müvәffәqiyyәtlә davam etdirәn hәrbçilәr terrorçular tәrәfindәn istifadә edilәn mağara tәsbit edib.
Terrorçular tәrәfindәn silah-sursat anbarı olaraq istifadә edilәn mağaranın mәhv edildiyi bildirilib.