Türkiyənin 2020-ci ilin yayında kosmosa çıxacağını açıqlayıb
Türkiyə Müdafiə Sənayesi Nazirliyi öz nəzdində qurulan “Delta V” Kosmos Texnologiyaları İdarəsinin baş direktoru Arif Karabeyoğlu Türkiyənin 2020-ci ilin yayında kosmosa çıxacağını açıqlayıb. Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir.
Hibrit Kosmos Raket Mühərriki İnkişafetdirmə (HURM) layihəsi ilə bağlı Anadolu Agentliyinə (AA) etdiyi şərhdə A.Karabeyoğlu bildirib:
“Çox özəl bir raket mühərrikini inkişaf etdirdik. Bu raket mühərriki həm daha təhlükəsiz, həm də xərci daha azdır. Kosmosa çıxmaq üçün bu ana qədər 11 sınaq həyata keçirilib. Bu yay kosmosa çıxacaq raketin ilk testini edəcəyik. Raket mühərriki mövzusunda artıq Türkiyə də söz sahibi olan bir ölkədir və bu layihəni icraya hazırlaşırıq. Bizim texnologiyamızın əsas xüsusiyyəti digərlərinə görə sadə, ucuz, həm də təhlükəsiz olmasıdır. Türkiyə bu texnologiyasına güvənərək kosmosa daxilolma müraciətini edəcək."