Türk Ordusundan qaçan PKK terrorçuları İran sərhədçilərinin atəşinə tuş gəlib

Türk Ordusundan qaçan PKK terrorçuları İran sərhədçilərinin atəşinə tuş gəlib

Onların İran İslam Respublikasının ərazisinə girməsinə imkan verilməyib.

Rasthaber Azərbaycan İran mediasına  istinadla xəbər verir, İranın Qərbi Azərbaycan vilayətinin sərhədləri yaxınlığında PKK silahlı birləşmələri ilə Türkiyə hərbi qüvvələri arasındakı toqquşma və təqib əməliyyatları İran İslam Respublikasının sərhədçilərinin reaksiyasına səbəb olub.

Məlumatlı bir hərbi mənbəyə görə, İran sərhədçiləri dəqiq atəş açaraq qeyd olunan Terror amillərinin ölkəmizin sərhədlərinə sızmasının qarşısını ala biliblər.

Türk qoşunları ilə şiddətli qarşıdurmalardan və iki tərəf arasındakı təqibdən sonra PKK ünsürlərinin İran İslam Respublikası sərhədlərini keçməyə cəhdinin ardınca İran sərhədçilərinin reaksiyası nəticəsində onların İran İslam Respublikasının ərazisinə girməsinə imkan verilməyib.

Xəbəri paylaş

VİDEOLAR