Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-yə təqdim olunub
Rasthaber Azərbaycan xəbər verir ki, Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Liviyaya hərbçi göndərməsilə bağlı sənəd yanvar ayının 2-də müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya ilə bağlı çıxışı zamanı bildirib ki, Liviyaya Türkiyə silahlı qüvvələri rəsmi qaydada dəvət olunub, Türkiyə və Liviya tərəfində ratifikasiya prosesləri tamamlanmış müqavilə qüvvəyə minib. Liviyaya hərbçi göndərməsilə bağlı sənədi Məclisimizə təqdim edəcəyik.