Türk Hava Yolları (THY) koronavirus səbəbiylə İsrail reyslərini azaltmaq qərarına gəlib
Rasthaber Azərbaycan xəbər verir ki, THY saytında mövzu ilə bağlı məlumat yayılıb. Bildirilib ki, İsrail hökuməti koronavirus hadisələrinin artması səbəbiylə 09 Mart tarixindən etibarən ölkəyə qayıdacaq bütün İsrail vətəndaşlarının 14 gün evdə təcrid edilməsi qərarına gəlib.
Qərara görə, İsrailə gedəcək xarici vətəndaşlar da ölkəyə qayıdacaq olan İsrail vətəndaşları kimi karantinə alınacaqlar. Açıqlamada qeyd edilib ki, İsrailin bu qərarından sonra THY İsrailə reys sayını mərhələli olaraq azaldacaq.