Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılır

Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılır

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

Bu barədə Rasthaber Azərbaycan-a Assosiasiyadan məlumat verilib.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.

Xəbəri paylaş

VİDEOLAR