Türk axını qaz kəmərinin açılış mərasimi keçirildi

Türk axını qaz kəmərinin açılış mərasimi keçirildi

Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” boru kəmərinin açılış mərasimi dünən İstanbulda keçirilib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Haliç Konqres Mərkəzində keçirilən açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyası prezidenti Vladimir Putin, Serbiya prezidenti Aleksandr Vuçiç və Bolqarıstan prezidenti Boyko Borisov, Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri da  iştirak edib.  

“Türk-axını” qaz kəməri layihəsinin təqdim edilmə videoçarxı ilə start götürən açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan etdiyi çıxışda “Türk-axını” layihəsinin rus dostlarla böyük əmək verilən, həm ikitərəfli əlaqələr, həm də enerji xəritəsi əsasında tarixi xüsusiyyətə sahib layihə olduğunu söyləyib.

Bir il ərzində hədəf götürülən şəkildə kəmərin tikinti işlərini uğurla başa vurduqlarını dilə gətirən Ərdoğan layihə sayəsində 31,5 milyard kubmetr qazın 15,75 milyard kubmetrinin vasitəçi heç bir ölkə olmadan birbaşa Türkiyəyə çatacağını bildirib.

Rusiya ilə enerji sahəsindəki əməkdaşlığın istənilən sınaqlardan digər sahələrdə olduğu kimi uğurla keçdiyini vurğulayan Ərdoğan Rusiya ilə ikitərəfli ticarətdə nizamlı artım qeydə alındığını da deyib.

Prezident Ərdoğan bölgədəki vəziyyətə də toxunaraq deyib:

“Türkiyə olaraq qətiyyətlə regionda gərginlik istəmirik. Əsla da istəmədik. Şərqi Aralıq dənizində Türkiyənin kənarda buraxıldığı heç bir layihənin iqtisadi, hüquqi və diplamotik baxımdan həyata keçirilmə imkanı yoxdur.”

İran-ABŞ arasındakı gərginliyə də toxunan Ərdoğan “Müharibə səslərinin ucaldığı bu həssas prosesdə diplomatiyanın bütün kanallarından istifadə edərək, gərginliyi azaltmağa cəhd göstəririk” ifadələrini işlədib.

“Heç kəsin sadəcə öz maraqları uğruna İraq başda olmaqla bütün bölgəni yeni bir atəş çəmbərinə atmaq hüqununun olmadığını vurğulayan Ərdoğan “Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və gözyaşına qərq olmasına icazə verməyəcəyik. Türkiyə olaraq nə İraqın nə Livanın nə də Körfəz bölgəsinin vəkillik müharibələrinin səhnəsinə çəvrilməsini istəmirik” deyə qeyd edib.

Rusiya prezidenti Putin də öz növbəsində deyib:

“Ölkəm ilə Türkiyə arasındakı əməkdaşlığı mane olma cəhdlərinə baxmayaraq hər sahədə gücləndirdik. Rusiya qazının Türkiyə üzərindən Avropaya daşınması bütün Avropa iqtisadiyyatına təsir edəcək. Bu bölgədə gərginliyin dərinləşdirilməsinə meyl edənlər var. Türkiyə və Rusiya isə tamam başqa yola üz tutub.

Liderlərin çıxışından sonra Russkaya Kompressor Stansiyası və Kıyıköy qaz qəbulu terminalı ilə irtibatlı olaraq “Türk-axını” kəmərini istismara verəcək simvolik qapaq açılışı reallaşıb.

Xəbəri paylaş

VİDEOLAR